"Apple" Çindən asılılığı azaltmağı hədəfləyir | Banco.az

"Apple" Çindən asılılığı azaltmağı hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

"Apple" şirkəti ABŞ istehsalı olan çiplərdən istifadəyə keçid edəcək. 

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk Tayvanın "TSMC" şirkətinin ABŞ-ın Arizona ştatında yeni zavodunun açılışında bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Çindən asılılığı azaltmaq üçün şirkət "TSMC" ilə güclərini birləşdirəcək.

Qeyd edək ki, ümumilikdə Arizonada yarımkeçiricilərin istehsalı üçün ən azı iki fabrikin açılması planlaşdırılır. "TSMC" müəssisələrin ildə 600 milyon silikon vafli istehsal etməsini hədəfləyir. İkinci zavodun isə 2026-cı ilə qədər açılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et