"Apple" CEO-su Tim Kuk zəlzələ bölgəsinə maliyyə yardımı göstərəcək | Banco.az

"Apple" CEO-su Tim Kuk zəlzələ bölgəsinə maliyyə yardımı göstərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkətinin CEO-su Tim Kuk Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın CEO-su bu barədə rəsmi “Twitter” səhifəsində yazıb.

O, zəlzələdə həyatını itirənlərə başsağlığı verərək “Apple” şirkətinin sözügedən bölgələrdəki yardım və bərpa işlərinə ianə ayıracağını vurğulayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 mini keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et