Amerikalılar öz iqtisadiyyatları barədə bədbin fikirlərə dalıblar.
Əminlik itəndə təbii ki, istehlakçılar öz işlərindən dolayı narahatlıq keçirirlər və xərclərini azlatmağa başlayırlar. Beləcə ÜDM-in 68%-I şəxsi istehlakın payına düşür.
Keçən həftə sonu, Amerika iqtisadi güvən indeksi 9-a enib. Gallup's US Economic Confidence Index fell to -9
ABŞ Enerji İnformasiya Adminstrasiyasının hesabatına görə, qazın qiyməti aprelin ikinci yarısından etibarən bahalaşıb, hər qallona təxminən 17 sent daha artıq pul ödənilir.
Istehlakçıların inamlarına zərbə vuran növbəti hadisə isə ÜDM-un həcmində cəmi 2% artım olması oldu. Bu isə keçən rübün göstəricisi ilə müqayisəyə belə gəlməz.
Gallups, iqtisadi indeksi necə müəyyənləşdirir? O, əhali arasında 2 aspektdə sorğu keçirir. Birinci, iqtisadiyyatın hazırkı vəziyyəti ilə bağlı; ikinci, iqtisadiyyatın gələcək taleyi ilə bağlı. Bu iki sual ətrafında onların fikirlərini öyrənməyə çalışır.
Beləcə ABŞ 50 ştatı və Kolumbiya federal dairəsində 3542 nəfərdən sorğu götürülüb.
Maksimum indeks 100-ə bərabərdir. Bu göstərici o vaxt əldə olunur ki, bütün əhali bu suallara “əladır”, “yaxşıdır” və “yaxşılaşmağa doğru gedir” cavablarını versinlər. Ən aşağı indeks isə -100-lə qiymətləndirilir. Bu nəticəyə gəlmək üçün bütün amerikalılar suallara “pisdir” və “pisləşmmək üzrədir” cavablarını verməlidirlər.