“AMB haqqında” qanuna əlavə və dəyişikliklər təsdiq olunub | Banco.az

“AMB haqqında” qanuna əlavə və dəyişikliklər təsdiq olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Layihə səsə qoyularaq qəbul olunub.

apa.az