Almaniyanın enerji nəhəngi rekord məbləğdə zərər açıqlayıb | Banco.az

Almaniyanın enerji nəhəngi rekord məbləğdə zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Uniper” ilin ilk doqquz ayında 40 milyard avro zərər açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiyanın Avropaya qaz nəqlini dayandırmasından sonra çətin günlərdən keçən “Uniper SE” ilin ilk doqquz ayı üzrə təxminən 40 milyard avro (39,3 milyard dollar) xalis zərər açıqlayıb.

Hazırda 30 milyard avroluq yardım paketi almağa hazırlaşan alman enerji nəhəngi Ukrayna müharibəsinin başlaması ilə Rusiyanın təchizatı kəsməsindən ən çox təsirlənən şirkətlərdən biri olub.

“Uniper” beynəlxalq maliyyə hesabatı standartlarına görə açıqlanan zərərin 10 milyard avrosunun yeni qazın alınmasına, 31 milyard avronun isə qeyri-müəyyən müddətli itkilərə görə olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Uniper” Almaniyanın enerji sistemində əvəzolunmaz sayılır və onun uğursuzluğu sektor üçün domino təsiri bağışlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et