Müəllif: Tamara Mustafayeva, Banco.az
“Telefónica Germany” 10 gün ərzində Türkiyə və Suriya istiqamətində bütün zənglərin ödənişsiz olacağını açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə Almaniyanın telekommunikasiya şirkəti rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, şirkətin öz markaları olan “O2”, “O2 Business”, “Blue”, “AY YILDIZ” və “Ortel Mobile” vasitəsilə 9-17 fevral tarixləri ərzində Almaniyadan Türkiyə və Suriyaya istiqamətlənən zəng və SMS-lər üçün ödəniş tutulmayacaq.
Qeyd edək ki, “Telefónica Germany”nin Baş İcraçı Direktoru (CEO) Markus Haas mövzu ilə əlaqədar etdiyi qiymətləndirmədə Türkiyə və Suriyadan gələn kadrlara görə dərindən kədərləndiklərini dilə gətirib.
Bizi sosial şəbəkələrdən izləyin!!