Almaniyada sənaye istehsalı azalmaqda davam edib | Banco.az

Almaniyada sənaye istehsalı azalmaqda davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın sənaye istehsalında daralmalar silsiləsi davam edir.

Banco.az xəbər verir ki, Almaniyada sənaye istehsalı üzrə avqustda dördüncü aylıq azalma qeydə alınıb.

Belə ki, Avropanın ən böyük iqtisadiyyatında sənaye istehsalı avqust ayında tikinti və enerji sektorları başda olmaqla, əvvəlki ayla müqayisədə 0,2 faiz azalıb.

Beləliklə, sənaye istehsalı indeksi bu il ən aşağı səviyyəsini qeyd edib. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozu 0,1 faiz azalmanı işarə edirdi.

Qeyd edək ki, Çindən gələn zəif tələb, kadr çatışmazlığı, yüksək faiz dərəcələri və ötən ilki enerji böhranının davam edən təsiri Almaniyadakı fabriklərin fəaliyyətinə və nəticədə də iqtisadiyyata ziyan vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et