Almaniyada inflyasiya Ukrayna müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

Almaniyada inflyasiya Ukrayna müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya Ukrayna müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayı üzrə qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, avqust ayında 6,1 faiz olan illik inflyasiya sentyabr ayında 4,5 faizə geriləyib.

Beləliklə, ölkədə inflyasiya Rusiya-Ukrayna müharibəsindən sonra ən aşağı səviyyəyə düşüb.

Xatırladaq ki, müharibədən əvvəl 4,3 faiz olan inflyasiya enerji qiymətlərindəki artımla 2022-ci ilin avqustunda 8,8 faizə yüksəlmişdi.

İqtisadçıların proqnozu sentyabrda inflyasiyanın 4,6 faizə düşəcəyi istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Almaniyada bu dövrdə aylıq inflyasiya isə 0,3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et