Almaniyada elektrikli nəqliyyat vasitələri üçün vergi endirimi tətbiq ediləcək | Banco.az

Almaniyada elektrikli nəqliyyat vasitələri üçün vergi endirimi tətbiq ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada elektrikli nəqliyyat vasitələri üçün vergi endirimi tətbiq ediləcək.

Banco.az xəbər verir ki, Almaniyada Nazirlər Şurası sürətlənmiş amortizasiya ilə elektrik avtomobillərinin azalan satışlarını canlandırmaq üçün vergi endirimini təsdiqləyib.

Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyindən verilən açıqlamada Nazirlər Şurasının ölkədə elektriklə işləyən avtomobillərin istifadəsini təşviq etmək üçün vergi endirimini təsdiqlədiyi bəyan edilib.

Alman hökumətinin ötən il elektriklə işləyən nəqliyyat vasitələri üçün yaşıl transformasiya təşviqlərinə son qoyulmasından sonra hazırladığı qanun layihəsinə görə, şirkətlər yeni alınmış elektriklə işləyən və sıfır emissiyaya malik avtomobillərin dəyərinin 40 faizə qədərini aldıqları ildə vergi hesablarından çıxa biləcəklər.

Hökumətin hesablamalarına görə, vergilərin azaldılması 2024-2028-ci illər arasında xəzinədarlığa hər il orta hesabla 465 milyon avroya başa gələcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu ay parlamentə təqdim olunacaq layihədə şirkətlərdə elektrik avtomobili müavinətinin istifadə limiti 70 min avrodan 95 min avroya qaldırılıb.

İqtisadiyyat naziri Robert Habek mövzu ilə bağlı qiymətləndirməsində belə deyib:

"Bugünkü qərarlar həmçinin Almaniyanı elektron mobillik mərkəzi kimi gücləndirmək üçün böyümə təşəbbüsünün iki mühüm tədbirini həyata keçirir."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram