Almaniya Mərkəzi Bankının sədri ECB-nin faiz siyasətini dəyərləndirib | Banco.az

Almaniya Mərkəzi Bankının sədri ECB-nin faiz siyasətini dəyərləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nagel: ECB sərtləşmə siyasətinə davam edəcək.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü və Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti Yoahim Nagel bildirib ki, ECB yüksək inflyasiyanın öhdəsindən gəlmək üçün monetar sərtləşdirmə siyasətini davam etdirəcək.

Yoahim Nagel cümə axşamı İsveçrənin Obbuergen şəhərindəki çıxışı zamanı ECB-nin pul siyasəti ilə bağlı qiymətləndirmələr edib.

Bir ildən az müddət ərzində indiyə qədər faiz dərəcəsini 375 baza bəndi artırdıqlarını dilə gətirən Nagel hazırda xalis istiqraz alışlarını dayandırdıqlarını və ehtimal ki, iyul ayından etibarən isə APP proqramı vasitəsilə yenidən investisiya qoyuluşunu dayandıracaqlarını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et