Almaniya enerji nəhəngini xilas etmək üçün milyardlarla avro vəsait xərcləyəcək | Banco.az

Almaniya enerji nəhəngini xilas etmək üçün milyardlarla avro vəsait xərcləyəcək

Müəllif -Aida İsaq, Banco.az

Avropa Komissiyası Almaniyanın enerji nəhəngi "Uniper"i xilas etmək üçün milyardlarla avro xərcləmək qərarını təsdiqləyib. 

Banco.az xəbər verir ki, ümumilikdə Almaniya hökuməti bu məqsədlər üçün 34,5 milyard avro xərcləyəcək. Məbləğin 8 milyardı şirkətin pul kapitalının artırılmasına, qalan 26,5-i isə nizamnamə kapitalının artırılmasına yönəldiləcək.

Bununla yanaşı "Uniper"in fəaliyyətinə bir sıra məhdudiyyətlər tətbiq edilib. Belə ki, adı çəkilən alman şirkətinə bir sıra beynəlxalq layihələrdə səhm satmaq, bonuslar ödəmək və rəqabət üstünlüyü kimi dövlət dəstəyini reklam etmək qadağan olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et