Müəllif: Tamara Mustafayeva, Banco.az
Alman əczaçılıq nəhəngi “Bayer” işçi qüvvəsini azaldacaq: Minlərlə insan işsiz qala bilər.
Banco.az xəbər verir ki, Almaniyanın əczaçılıq və kimya şirkəti “Bayer” yeni korporativ strukturlaşmadan keçərək işçi qüvvəsini əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb.
“Bayer”dən edilən açıqlamaya görə, şirkət bu addımla əməliyyat performansını davamlı şəkildə artırmağı hədəfləyir.
Bildirilib ki, restrukturizasiya planı şirkətdə iyerarxiyaları azaltmaq, bürokratiyanı aradan qaldırmaq və qərar qəbuletmə proseslərini sürətləndirmək məqsədi daşıyır. Direktorlar şurası və İşçi Şuranın "Bayer"in gələcəyi ilə bağlı sözügedən strukturlaşma ilə bağlı razılığa gəldiyi bildirilib.
Həmçinin qeyd olunub ki, ixtisarlar yaxın aylarda (işdən çıxma müavinəti ilə) başlayacaq və 2025-ci ildə başa çatacaq.
Xatırladaq ki, “Bayer”in Almaniyada 22 min, dünyada isə 100 mindən çox işçisi var.
Bizi sosial şəbəkələrdən izləyin!!