Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı (Aİ) Ukraynaya göndəriləcək peyvəndin alınmasına 50 milyon avro maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, müqavilənin icrası üçün məbləğ Avropa İnvestisiya Bankının büdcəsindən ayrılacaq. Müvafiq məbləğin Kovid-19-a qarşı vaksinlərin alınmasına xərclənəcəyi bildirilir.
Qeyd edək ki, bu istiqamətdə Çinin “Sinovac Life Sciences Co” şirkəti ilə əməkdaşlıq olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!