Müəllif:Mehin Qasımova,Banco.az
"Samsung" 2026-cı ilin ikinci rübündə əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 19 dəfə artacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, şirkət bu artımı süni intellekt texnologiyalarına artan tələbatın yaddaş çiplərinin qiymətlərini yüksəltməsi ilə əlaqələndirib.
Şirkətin açıqladığı ilkin maliyyə göstəricilərinə əsasən, aprel–iyun aylarında əməliyyat mənfəətinin 89,4 trilyon Cənubi Koreya vonu (təxminən 58,4 milyard ABŞ dolları) olacağı gözlənilir. Bu göstərici LSEG SmartEstimate analitiklərinin proqnozlaşdırdığı 87,3 trilyon vonu da üstələyir.
Müqayisə üçün qeyd edək ki, "Samsung" ötən ilin eyni dövründə 4,7 trilyon von əməliyyat mənfəəti əldə etmişdi. Şirkətin gəlirləri isə illik müqayisədə 129% artaraq 171 trilyon vona yüksəlib.
İlkin məlumatlara görə, ikinci rübdə gözlənilən əməliyyat mənfəəti şirkətin 2023–2025-ci illər ərzində əldə etdiyi ümumi əməliyyat mənfəətini də üstələyir.
Şirkət ayın sonunda xalis mənfəəti və biznes bölmələri üzrə ətraflı maliyyə nəticələrini açıqlayacağını bildirib.
