Aİ Rusiyanı taxıl müqaviləsinin icrasını bərpa etməyə çağırıb | Banco.az

Aİ Rusiyanı taxıl müqaviləsinin icrasını bərpa etməyə çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Aİ Rusiyadan “Qara Dəniz taxıl təşəbbüsü” sazişini yeniləməyi tələb edib.

Banco.az xəbər verir ki, ittifaqın rəsmi nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə və “Qara Dəniz Taxıl Təşəbbüsü” sazişinin icrasını dərhal bərpa etməyə çağırıb. Qeyd olunur ki, Avropa İttifaqı bütün malların, xüsusilə də kənd təsərrüfatı məhsullarının Aİ və Ukrayna həmrəylik dəhlizləri boyunca dünya bazarlarına vaxtında və sabit tədarükünü dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək.

Qeyd edək ki, taxıl müqaviləsi çərçivəsində Ukraynadan 33 milyon ton taxıl ixrac edilib. Bunun isə, yalnız 725 min ton və ya 2,2%-i aclıqdan əziyyət çəkən ölkələrə göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et