Aİ ölkələri qaz istehlakını 15% azaltmaq planı üzərində razılığa gəliblər | Banco.az

Aİ ölkələri qaz istehlakını 15% azaltmaq planı üzərində razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri qaz istehlakını 15 faiz azaldılması barədə fövqəladə plan üzrə razılığa gəliblər.

Bu barədə diplomatlara istinadən "DPA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeni plan çərşənbə axşamı Brüsseldə Aİ-nin enerji nazirlərinin xüsusi iclasında təsdiqlənəcək.

Diplomatlar DPA-ya təsdiqləyiblər ki, Avropa Komissiyasının (AK) təklif etdiyi plana əsasən, ölkələr 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaz istehlakını könüllü olaraq 15% azaltmalıdırlar.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et