Aİ liderləri İsrail-Fələstin gündəmi ilə bağlı növbədənkənar iclas keçirib | Banco.az

Aİ liderləri İsrail-Fələstin gündəmi ilə bağlı növbədənkənar iclas keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Şurasının sədri Çarlz Mişel “X” platformasından verdiyi açıqlamada növbədənkənar iclasın başladığını elan edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri İsrail-Fələstin münaqişəsinin nəticələrinə dair ortaq mövqe müəyyən etmək üçün videokonfrans vasitəsilə görüş keçiriblər.

Mişel bildirib ki, görüşün əvvəlində İsrail və Fələstində həyatını itirən mülki vətəndaşlar və "Avropada son hücumların qurbanları" bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ötən gecə Aİ-nin paytaxtı hesab edilən Brüsseldə baş verən hücumda iki İsveç vətəndaşı həyatını itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et