Aİ enerji asılılığının azaldılması planında razılığa gəlib | Banco.az

Aİ enerji asılılığının azaldılması planında razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) qurumları yeni investisiyalarla enerji təchizatı təhlükəsizliyini artırmaq və Rusiyadan asılılığı azaltmaq planı ilə bağlı razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamentinin (AP) müzakirəçiləri arasında “REPowerEU” planı üzrə danışıqlarda konsensusun əldə edildiyini bildirib.

Belə ki, enerji resurslarının şaxələndirilməsinə, enerji müstəqilliyinin artırılmasına və təchizatın təhlükəsizliyinə yönəlmiş investisiyalar və islahatlar plan çərçivəsində maliyyələşdiriləcək.

Bu çərçivədə üzv dövlətlər Kovid-19 pandemiyasından sonra Aİ tərəfindən yaradılan və ümumilidə 800 milyard avro dəyərində olan “Next Generation EU” bərpa proqramından faydalandıqları proqramlara "REPowerEU" bölməsi əlavə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, üzv ölkələr enerji sahəsinə investisiyaları bu sistemdən maliyyələşdirə biləcək və enerji asılılığını azaldacaq proqramlar üçün maliyyə mənbələri təmin ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et