Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Parlamentində Çindən gətirilən avtomobillərə 45 faizədək əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Banco.az xəbər verir ki, prosesə yaxından bələd olan mənbələrin məlumatına görə, Avropa İttifaqı (Aİ) cümə günü Çindən gələn elektromobillərə 45 faizə qədər əlavə gömrük rüsumunun tətbiqi üçün səsvermə keçirib.
Bu addımın Pekinlə ticarət gərginliyini artıracağı gözlənilir.
Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, blokun icraedici qolu olan Avropa Komissiyası hazırda beş illik vergilər tətbiq etməyə davam edə bilər.
Qeyd edək ki, bir sıra ölkələr səsvermədə bitərəf qalıb.
Xatırladaq ki, ötən il Çinlə 739 milyard avro (815 milyard dollar) dəyərində ticarət həyata keçirən Aİ tariflərlə irəliləmək istəyib-istəməməsi ilə bağlı fikir ayrılığına düşmüşdü.
Bizi sosial şəbəkələrdən izləyin!!