Aİ Almaniyanın çip istehsalını dəstəkləyir | Banco.az

Aİ Almaniyanın çip istehsalını dəstəkləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Almaniyanın çip istehsalçısı “Infineon”a fabrik tikintisi üçün 920 milyon avro ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Almaniyanın “Infineon” şirkətinin Drezdendə yeni çip istehsalı zavodunun inşasını dəstəkləməyə yönəlmiş tədbirinin Aİ-nin dövlət dəstəyi qaydalarına uyğun olduğunu təsdiqləyərək qəbul etdiyini elan edib.

Açıqlamada bildirilir ki, bu tədbir nəticəsində “Infineon” müxtəlif növ çiplər istehsal etməyə yönəlmiş layihəsini tamamlayacaq, yeni istehsal müəssisəsi isə Aİ-nin çip istehsal gücünü artıracaq və təchizat zəncirini gücləndirəcək.

Fabrikdə tam gücü ilə istehsalın 2031-ci ildə başlamasının planlaşdırıldığı qeyd olunan açıqlamada şirkətin 3,5 milyard avro məbləğindəki investisiyasını dəstəkləmək üçün 920 milyon avro məbləğində qrant veriləcəyi bildirilib.

Qeyd edək ki, Aİ-yə üzv ölkələrin dövlət dəstəyini hansı şəkildə təmin edəcəyini müəyyən etmək səlahiyyəti Avropa Komissiyasının vəzifə dairəsinə daxildir. Üzv ölkələr dövlət dəstəyini yalnız rəqabətə zərər verməyəcək və ictimai maraqlara uyğun hallarda istifadə edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram