AGBankın yeni layihəsinin təqdimatı keçirildi | Banco.az

AGBankın yeni layihəsinin təqdimatı keçirildi

Bu gün Four Seasons oteldə "AGBank"ın “AG Cashback“ adlı yeni layihəsinin təqdimat mərasimi keçirilib.

Banco.az xəbər verir ki, layihə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və "AGBank"ın  birgə əməkdaşlığı ilə həyata keçirilir. Belə ki, "AGBank"ın partnyor şəbəkələrində  aparılan nağdsız ödənişlər zamanı cashback-in 1%-i bu təşkilatın hesabına köçürüləcək. Əgər alış-veriş zamanı mağaza müştəriyə 10% cashback təklif edirsə, onun 1%-i UAFA-nın, qalan 9%-i isə müştərinin hesabına yüklənəcək.

Ən sərfəli kredit üçün müraciət et

"AGBank"ın marketinq direktoru Anar Quliyev bu layihə üçün xüsusi saytın yaxın zamanlarda müştərilərin istifadəsinə təqdim olunacağını da diqqətə çatdırıb. O, eyni zamanda bildirib ki, sözügedən layihə insanların vaxt məhdudiyyəti səbəbindən etdikləri yardımların ünvanına çatmayacağı barədə olan narahatlıqlarını da aradan qaldıracaq.

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçelin öz çıxışında əməkdaşlıqdan məmnun olduqlarını və bunun gələcəkdə daha uğurlu töfvələr verəcəyini vurğulayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et