“Adidas” səhmləri 8,5% dəyər qazanıb | Banco.az

“Adidas” səhmləri 8,5% dəyər qazanıb

Müəllif:Ayşən İmanova/Banco.az

"Adidas” səhmləri Almaniyanın “Xetra” birjasında ticarətdə 8,5% artaraq son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.

Banco.az xəbər verir ki, idman geyimi və ayaqqabı istehsalçısı “Adidas”ın səhmləri Almaniyanın “Xetra” birjasında keçirilən ticarətdə 8,54% artaraq 219,8 avroya yüksəlib. Bu, 2022-ci ilin martından bəri maksim göstəricidir. İnvestorlar şirkətin dərc etdiyi rüblük nəticələri və yenilənmiş proqnozları müsbət qiymətləndiriblər.

2024-cü ilin birinci rübündə idman malları istehsalçısının əməliyyat mənfəəti 336 milyon avroya yüksəlib ki, bu da bir il əvvəlkindən (60 milyon avro) beş dəfə çoxdur. “Adidas”, əvvəl 500 milyon avroya yaxın mənfəət gözlədiyi halda, indi il üçün əməliyyat mənfəətinin təxminən 700 milyon avro olacağını gözlədiyini bildirib.

Məlumata görə, göstəricilərin yüksəlməsi həm də retro üslublu adidas modelləri olan Samba, Gazelle və Campus-a yüksək tələbatla bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında “Adidas” reper Kanye West ilə əməkdaşlığı bitirmək və musiqiçi ilə birgə hazırlanmış Yeezy xəttindən idman ayaqqabılarının satışını müvəqqəti dayandırmaq qərarına gəlib. Şirkət bu il ərzində anbarda olan məhsullarını orta maya dəyərinə satmağa davam edəcəyini, ona görə də qazanc əldə etməyəcəyini bildirib. Ötən il Yeezy-nin satış gəliri 750 milyon avro, xalis mənfəəti isə 300 milyon avro olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et