Asiya İnkişaf Bankı (ADB) "Azərbaycan 2018-2020-ci illər" adlı ölkə üzrə əməliyyatlar biznes planını (COBP) açıqlayıb. "Report" ADB-yə istinadən xəbər verir ki, biznes plana əsasən, 2018-ci ildə "Hökumət və dövlət sektoru effektivliyinin artırılması" proqramına 250 mln. ABŞ dolları, "Dəmiryolu sektorunun inkişafı" proqramına 200 mln. dollar, həmçinin "Hökumət və dövlət sektorunun effektivliyinin artırılmasına dəstək" proqramına 250 mln. dollar kreditinin ayrılması təsdiqlənib.
2019-cu ildə "Hökumət və dövlət sektorunun effektivliyinin artırılması"na əlavə 250 mln. dollar, "Dəmiryolu sektorunun inkişafı"na daha 200 mln. dolların ayrılmasına qərar verilib.
2020-ci ildə isə "Dəmiryolu sektorunun inkişafı"na 200 mln. dollar, "İnvestisiya proqramlarının gücünün artırılması" proqramınına II tranş olaraq 250 mln. dollarlıq kreditin verilməsi qərarlaşdırılıb.
Biznes planda qeyd olunub ki, ayrılacaq kreditlərin əsas məqsədi dövlət xərclərinin və müəssisələrin idarə olunması, maliyyə sektorunun dərinləşdirilməsi üçün nəzərdə tutulub. Bununla yanaşı dəmir yolu sektorunun inkişaf etdirilməsinə yardım edilərək Azərbaycanın önəmli coğrafi mövqeyindən səmərəli istifadə olunaraq gəlirlər artırılması planlaşdırılır.