Açıq hava reklamlarında ən çox istifadə olunan rənglərin sirri | Banco.az

Açıq hava reklamlarında ən çox istifadə olunan rənglərin sirri

İstehlakçıların satın alma vərdişinə məhsulların səs, qoxu, material və xarici görüş amilləri təsir göstərir. Bütün bu nüasnlardan ən çox təsir göstərəni isə xarici görünüşdür. Xarici görünüşün bariz göstəricisi də rəng seçimidir. Şirkətlər də məhsul təsvirləri və reklamlarında rənglərin psixoloji təsirlərindən istifadə edirlər. 

Yellow Blue Red Pink Purple Green Multicolored Open Umbrellas Hanging on Strings Under Blue Sky

Rəng seçimi müştərilərin məhsulu alıb almayacağı ilə bağlı əsas rolu oynayır. Şirkətinin imicini və məhsullarını rənglər vasitəsilə ifadə edən markalar reklamları ilə insanları bu rənglərə yönəldirlər.

Mavi: İnam və etibarlılığın rəmzi olan bu rəng əsasən, bank və maliyyə qurumları tərəfindən istifadə olunur. Hətta onu da qeyd edək ki, mavi qələmlə yazılan yazılar belə daha yaxşı yaddaşda qalır.

Qırmızı: Bu rəng enerji və canlılıq rəmzidir. Ürəyi assosiyasiya edən qırmızı rəng insanlara məhsulu almağa tələsməli olduqlarının mesajını verir. Pərakəndə şirkətlər və xüsusi kampaniya həyata keçirən müəssisələr bu rəngdən daha çox istifadə edirlər.

Yaşıl: Təbiətin rəngi olan yaşıl hüzuru və inamı təmsil edir. Bu rəng əsasən, otellər, səhiyyə müəssisələri, turizm şirkətlərinin reklamlarında istifadə edilir.

Narıncı: Bu rəng bir çox sahədə əsaslılığı təmsil edir. Hər kəsə xitab edir və satın alma duyğusuna çox güclü təsir göstərir. Onlayn alış-veriş saytları, banklar və elektronika müəssisələrinin çox sevdiyi bir rəngdir.

Ən sərfəli kredit üçün müraciət et

Sarı: Sevinc, gənclik və dinamikliyi təmsil edən bu rəng əsasən, gənclər üçün məhsulların satışı ilə məşğul olan markalar tərəfindən istifadə edilir. Həmçinin turizm şirkətləri də bu rəngə üstünlük verirlər.

Çəhrayı: Bu rəng qadınlar üçün şəxsi qulluq vasitələri satan markalar tərəfindən istifadə edilir. Romantikanın rəmzi olan çəhrayı həmçinin müsbət enerji də ötürür.

Bənövşəyi: Emosionallığın rəmzi olan bu rəng əsasən, gözəllik vasitələri və yaşlanma əleyhinə məhsullarda istifadə edilir.

Qara: Gücün simvolu olan qara lüks markaların məhsullarını tanıtmaq üçün istifadə etdiyi bir rəngdir. Xüsusilə də lüks avtomobil və geyim markaları bu rəngə üstünlük verir.

Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirlərini bilirsinizmi?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et