Loqolardakı rənglərin psixoloji təsirləri: Narıncı | Banco.az

Loqolardakı rənglərin psixoloji təsirləri: Narıncı

Bugünki məqaləmizdə narıncı rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “WebPageFX” adlı veb dizayn və marketinq şirkətinin bu mövzuda hazırladığı məqaləyə əsasən günəş və atəş rəmzi olan narıncı rəng enerji, tarazlıq və səmimiyyət hisslərini oyadır. Eyni zamanda həyəcan və həvəsi əks etdirən bu rəng insanların çox olduğu yerlərdə belə asanlıqla diqqəti cəlb edir.

Loqosunda narıncı rəngdən istifadə edən bəzi böyük markalar

Marketinq cəhətdən baxdıqda narıncı rəng insanları bir şeyi almağa, satmağa və ya abunə olmağa sövq etdiyindən şirkətlər bu rəngə müraciət edirlər. Yaradıcı, gənc və coşğulu bir rəng olan narıncı, bunlarla yanaşı dostyana, şən və özündən əmin bir marka təsiri bağışlayır.

“LogoDesingGuru” adlı internet saytının paylaşdığı məlumata əsasən canlı, xoşbəxt, enerjili və sənətyönlü təsirləri səbəbindən qida sənayesi, incəsənət və idman sektorlarında tez-tez istifadə olunan rənglərdən biridir. Qida sənayesində iştah yaratma xüsusiyyətinə görə, incəsənət və idman sektorlarında isə yaradıcı və enerjili xüsusiyyətlərinə görə istifadə edilir. Parlaq bir rəng olduğundan uşaqlar üçün nəzərdə tutulan məhsullar və qidalar istehsal edən şirkətlərin ən sevdikləri rənglərdən biridir.

Fanta

Portağal aromalı qazlı içki olan “Fanta” narıncı rəngdən intensiv olaraq istifadə edir. Portağalın rəngi olan narıncı, şirin damaq dadına sahib insanların diqqətini asanlıqla bu məhsula çəkə bilir.

Ən sərfəli kredit üçün müraciət et

Harley-Davidson

Motosiklet və eyni zamanda ayaqqabı markası olan Harley-Davidson öz loqosunda əsas ünsür olaraq narıncı rəngdən istifadə edir. Narıncı rəngi ilə qara və ağ rənglərinin birləşməsi həm güclü, həm də cəlbedici bir loqo halına gəlir.

Nickelodeon

Uşaqlar üçün nəzərdə tutulmuş bir televiziya kanalı olan “Nickelodean” da narıncı rənginin dostluq hisslərini aşılaması səbəbindən bu rəngdə loqoya sahibdir.

FedEx

ABŞ-ın transfer şirkəti olan “FedEx” in loqosundakı “Ex” hissəsi narıncı rəngdədir. Bu markanın özündən əmin olmasını ifadə edir.

Tamara Mustafayeva, banco.az