Sarı rəngin marketinq sirri haqqında bilirdiniz? | Banco.az

Sarı rəngin marketinq sirri haqqında bilirdiniz?

Bu həftə sarı rəngi nəzərdən keçirəcəyik. Sarı, eyni qırmızı kimi, demək olar ki, günəş şüaları ilə bağlıdır və yüksək stimullaşdırıcı rəng hesab olunur. Ancaq xoşbəxtlik, nikbinlik, ümid, qorxaqlıq və xəyanət kimi duyğuları hərəkətə keçirə bilən rəng kimi tanınır. Sevinc və səmimiyyətini artıran bir rəng olmasıyla yanaşı, gözlərdə yorğunluğa və gərginliyə səbəb olur. Bundan əlavə, bu rəng zehni prosesləri və sinir sistemini aktivləşdirir və ünsiyyəti həvəsləndirir.

Xoşbəxtlik, nikbinlik, ümid, qorxaqlıq və xəyanət kimi hissləri hərəkətə gətirən sarı rəng də gəncliyi və aydınlığı təmsil edir. Sarı olduqca parlaq bir rəng olduğundan, adam çox olan yerlərdə belə  asanlıqla fərq edilə bilər. Bununla yanaşı avtomobil və qida sənayesində fəaliyyət göstərən şirkətlər də bu rəng üstünlük təşkil edir.

Marketinq tərəfindən  baxdığımızda, gəncliyi və aydınlığı təmsil edən bir rəng olan sarı rəngin ən əhəmiyyətli üstünlüyü çox parlaq bir rəng olmasıdır. Belə ki, Logo Şirkətinin veb saytından əldə edilən məlumatlara görə sarı rəng mağazaların vitrinə baxan insanların diqqətini cəlb etmək üçün istifadə olunur,  Xüsusilə müştərilərin üzlərində bir təbəssüm yaratmaq istəyən markalar sarı rəngin gücündən faydalanır. 

Ən sərfəli kredit üçün müraciət et

LogoDesingGuru saytına əsasən, sarı rəng ümumi loqolarda  əsas rəng kimi mühüm rol oynamır, yəni loqonun əsas xususiyyətlərini ön plana çıxarmaq və ya loqodakı əsas mənanı  vurğulamaq üçün olduqca az istifadə olunur. Ancaq tünd sarı istifadə etdikdə gözyorucu ola bilər, ona görə də diqqətli olmaq lazımdır. 

Sarı rəng istifadə edən şirkətlər

Lamborghini

McDonald’s

Shell

- Cat

- Ups

Xəzər Aslanov, banco.az