Müəllif:Mehin Qasımova,Banco.az
Avstraliyanın ən böyük banklarından biri olan Milli Avstraliya Bankı (NAB) xərcləri azaltmaq və rəqabətə uyğunlaşmaq məqsədilə 2500-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu, bankın ümumi işçi qüvvəsinin təxminən 6%-ni təşkil edir.
İxtisarların ilk mərhələsində 2026-cı ilin sonunadək 1500-ə qədər vəzifənin ləğvi nəzərdə tutulur.
Qalan ixtisarların isə 2027-ci maliyyə ili ərzində həyata keçirilməsi planlaşdırılır.
Restrukturizasiya çərçivəsində yüksək rəhbərlik və mərkəzi ofis bölmələrində də dəyişikliklər ediləcək.
Bank həmçinin məsləhətçi şirkətlərin və xarici podratçıların xidmətlərindən istifadəni azaltmağı hədəfləyir.
NAB-ın açıqlamasına görə, restrukturizasiyanın 2027-ci maliyyə ilində vergiöncəsi xərclərinin təxminən 300 milyon Avstraliya dolları olacağı gözlənilir.
