ABŞ OPEC qərarına təhlükə yaradır | Banco.az

ABŞ OPEC qərarına təhlükə yaradır

ABŞ-ın Bakken hövzəsində bir sıra yataqlarda hasil olunan neftin maya dəyəri azalaraq İran və İraqda hasil edilən neftin maya dəyərinə yaxınlaşıb. Şist neftin maya dəyərinin azalması OPEC-in hasilatı azaltması fonunda ABŞ-da hasilatı artıra bilər.

Qeyd edək ki, 2014-cü ildən etibarən neft qiymətlərinin azalması səbəbindən ABŞ-ın şist neft hasilatçıları neftin maya dəyərini təxminən 2 dəfəyə yaxın azaltmağa müvəffəq olub. Agentlik qeyd edir ki, neftin qiymətinin kəskin azalması şist neft hasilatçılarının rəqabətqabiliyyətini artırıb. Şimali Dakota ştatının Dann bölgəsində neftin barelinin maya dəyəri 15 dollar təşkil edir. Bu bölgə 5 180 kv. km sahəni əhatə edir və gündəlik hasilat 200 min bareldir. Ş.Dakota ştatının Neft Şurasının prezidenti Ron Ness hesab edir ki, Dann bölgəsinin müvəffəqiyyəti fantastikdir: "Dünya neft qiymətlərinin 45 dollar/barel olması kifayətdir ki, hasilat mənfəət versin. 55 dollar/barel səviyyəsi isə investisiya qoymağa və hasilatı daha da artırmağa imkan verəcək". Qeyd edək ki, hazırda İranın hasil etdiyi neftin maya dəyəri 15,5 dollar/barel, İraqda isə 11,4 dollar/barel təşkil edir.

ABŞ-ın "Rystad Energy" konsaltinq şirkətinin hesabatına görə, Bakken hövzəsində hasil olunan neftin maya dəyəri orta hesabla 2 dəfə azalaraq 2014-cü ildə 59 dollar/bareldən hazırda 29,44 dollar/barelə enib.

Mənbə: Report.az