ABŞ-ın texnologiya nəhəngləri balans hesabatlarını açıqlayıb | Banco.az

ABŞ-ın texnologiya nəhəngləri balans hesabatlarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”, “Amazon” və “Alphabet” 2022-nin oktyabr-dekabr dövrü üzrə balans hesabatları açıqlayıb.

Banco.az xəbər verir ki, “Apple”dan verilən açıqlamaya görə, ötən ilin oktyabr-dekabr dövrünü birinci rüb kimi qəbul edən şirkətin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 117,2 milyar dollara düşüb. Şirkət 2021-ci ilin eyni dövründə 123,9 milyard dollar gəlir əldə etmişdi.

Beləliklə, “Apple” 2019-cu ildən bəri ilk dəfə satışlarında illik azalma ilə üzləşib. Şirkətin eyni dövrdəki gəliri 121,1 milyard dollar olmaqla bazar proqnozlarını doğrultmayıb.

“Apple”ın xalis mənfəəti isə 2022-ci ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq 30 milyard dollara düşüb. Şirkətin xalis mənfəəti 2021-ci ilin eyni dövründə 34,6 milyard dollar hesablanmışdı.

“Amazon”dan verdiyi açıqlamaya görə, şirkətin keçən ilin 4-cü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 149,2 milyard dollara çatıb. 2021-ci ilin son rübündə satış həcmi 137,4 milyard dollar olaraq qeyd edilmişdi.

“Amazon”un satışları 2022-ci ilin yükununda isə əvvəlki ilə nisbətən 9 faiz artaraq 514 milyard dollara yüksəlib.

Dördüncü rübdə şirkətin xalis mənfəəti də 300 milyon dollar olaraq qeydə alınıb. “Amazon”un 2021-ci ilin dördüncü rübündə xalis mənfəəti 14,3 milyard dollar olmuşdu.

Elektron ticarət nəhəngi 2022-ci ilin yükununda isə 2,7 milyard dollar zərərə uğradığını açıqlayıb. “Amazon” 2021-ci ildə 33,4 milyard dollar mənfəət əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

“Google”un ana şirkəti “Alphabet”in də ötən ilin son rübündə gəlirləri artsa da, mənfəəti azalıb.

Şirkətin açıqlamasına görə, “Alphabet”in keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 76,1 milyard dollara çatıb. Şirkət 2021-ci ilin oktyabr-dekabr dövründə 75,3 milyard dollar gəlir açıqlamışdı.

“Alphabet”in gəliri 2022-ci ilin yükununda isə əvvəlki illə müqayisədə 10 faiz artaraq 282,8 milyard dollara çatıb. Şirkətin 2021-ci ildə gəliri 257,6 milyard dollar olaraq hesablanmışdı.

“Alphabet”in xalis mənfəəti ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalaraq 13,6 milyard dollara düşüb. Şirkət 2021-ci ilin dördüncü rübündə 20,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin 2022-ci ilin yükunu üzrə xalis mənfəəti isə 59,9 milyard dollar olub. 2021-ci ildə 76 milyard dollar mənfəət əldə edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et