ABŞ-ın pərakəndə satış şəbəkəsi 150 mağazasını bağlayacaq | Banco.az

ABŞ-ın pərakəndə satış şəbəkəsi 150 mağazasını bağlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Macy's” 2026-cı ilə qədər təxminən 150 mağazasını bağlayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, yeni strategiya çərçivəsində 2026-cı ilə qədər səmərəsiz 150-yə yaxın mağazanın fəaliyyəti dayandırılacaq və əsas diqqət mərkəzi resurslara yönəldiləcək.

Açıqlamada o da qeyd olunub ki, şirkətin əsas diqqəti lüks bazara çevriləcək.

Digər tərəfdən, “Macy's” ötən ilin son rübü üzrə balans hesabatını da açıqlayıb.

Hesabata görə, şirkətin xalis satışları 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 8,1 milyard dollar hesablanıb. “Macy's”in xalis satışları ümumilikfə 2023-cü ildə isə illik 5,5 faiz azalaraq 23,1 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, şirkət ötən ilin son rübündə 71 milyon dollar zərərlə üzləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et