ABŞ-ın neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 3-9 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 2,6 mln. barel və ya 0,5% azalaraq 483,2 mln. barelə kimi geriləyib. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsindən məlumat verilib. 

Qeyd edək ki, analitiklər azalmanın 1,6 mln. barel olacağını ehtimal edirdilər. ABŞ-ın strateji neft ehtiyatları isə hesabat həftəsində dəyişməyərək 695,1 mln. barel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda, həmçinin bildirilir ki, hesabat həftəsində ABŞ-da neft hasilatı bir həftə əvvəllə müqayisədə 99 min barel və ya 1,15% artaraq 8,8 mln. barelə çatıb. Ötən həftə ərzində xam neft idxalı isə gündəlik orta hesabla 943 min barel və ya 11,36% azalaraq 7,36 mln. barelə düşüb.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatları 0,5 mln. barel və ya 0,2% artaraq 230 mln. barel təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et