ABŞ-dən Azərbaycana pul köçürmələri 61%-dən çox artıb | Banco.az

ABŞ-dən Azərbaycana pul köçürmələri 61%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Azərbaycana 23 milyon 268 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,4% (8 milyon 853 min dollar) çoxdur. Ötən ilin yanvar-mart aylarında bu məbləğ 14 milyon 415 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 10,1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram