ABŞ-da işsizlik müraciətləri 20 ayın ən yüksək səviyyəsindədir | Banco.az

ABŞ-da işsizlik müraciətləri 20 ayın ən yüksək səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müraciətləri ötən 20 ayın pik həddinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 17 iyunda başa çatan həftədə əvvəlki həftəyə nəzərən dəyişməyərək 264 min nəfər olub.

Bazar proqnozlarını üstələyən və 2021-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyədə qalan işsizlik müraciətlərinin bu dövrdə 260 min səviyyəsində reallaşması gözlənilirdi.

Davam edən müraciətlər  isə 10 iyunda sona çatan həftədə 13 min nəfər azalaraq 1 milyon 759 min nəfər hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et