ABŞ Argentina ilə iqtisadi sabitlik sazişi imzalayıb | Banco.az

ABŞ Argentina ilə iqtisadi sabitlik sazişi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Argentina ilə iqtisadi sabitlik sazişi imzalayıb.

Banco.az xəbər verir ki, ABŞ Xəzinə Katibi Skott Bessent Argentina Mərkəzi Bankı ilə iqtisadi sabitlik sazişinin imzalandığını elan edib.

Bessent bu barədə ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında paylaşım edib.

ABŞ Xəzinə Katibi Bessent bildirib: “Qərb yarımkürəsini sabitləşdirmək və Amerikanı yenidən təhlükəsiz etmək üçün çalışarkən, Xəzinə Nazirliyi Argentina Mərkəzi Bankı ilə iqtisadi sabitlik sazişi imzalayıb.”

Bessent qeyd edib ki, sözügedən sabitlik sazişi bir “xilas paketi” deyil, əksinə Argentinanı “daha yaxşı iqtisadi gələcəyə aparan körpü” kimi xarakterizə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram