“Azərbaycan Beynəlxalq Bankı” ASC( ABB) aktivlərin idarə edilməsi üzrə törəmə şirkət yaradacaq.
Bu barədə ABB xəbər verir.
Məlumata görə, mayın 7-də Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bu məsələ ümumi yığıncağın gündəliyinə daxil edilib. Yığıncağın gündəliyinə həmçinin, Bankın kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi, 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması və Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi məsələləri daxil edilib.
