“ABB-Moskva” bankının aktivləri il ərzində 13,6% artıb | Banco.az

“ABB-Moskva” bankının aktivləri il ərzində 13,6% artıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan “ABB-Moskva” bankının 2014-cü il iyulun 1-nə aktivlərinin həcmi 34 734 mln. rubl təşkil edib.

Azərbaycan Beynəlxalq Bankından Gün.Az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur. Bankın məcmu kapitalı 21,3% artaraq 3 180 mln. rubla çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində bankı ümumi gəlirləri 652,32 mln. rubla çatıb. Eyni zamanda, bankın faiz gəlirləri 486,7 mln. rubl, qeyri-faiz gəlirləri 154,9 mln. rubl təşkil edib. Bankın komissiya gəlirləri ötən ilin birinci yarımilliyinə nisbətdə 39,3% artaraq 197,4 mln. rubl təşkil edib.  

Bankın kredit portfeli illik müqayisədə 9% artaraq 2014-ci il iyulun 1-nə 25 340 mln. rubla çatıb. Bunlardan, fiziki şəxslərə verilmiş kreditlər 3 598 mln. rubl (7% artım), hüquqi şəxslərə verilən kreditlər 21 742 mln. rubl (8% artım) təşkil edib. Hüquqi şəxslərə aid hesablarda vəsaitin  həcmi 21% artaraq 6 761 mln. rubla çatıb. Fiziki şəxslərin vəsaitlərin həcmi 55% artmış və hazırda 8 488 mln. rubl səviyyəəsindədir.

“ABB-Moskva Bankı”nın (Rusiya Bankının 3395 N-li əsas lisenziyası) “Azərbaycan beynəlxalq bankı” ASC-nin 100-faizlik törəmə strukturu kimi 2002-ci ildə əsası qoyulub. “ABB-Moskva” bankı - ən böyük Rusiya maliyyə-kredit müəssisələrinin TOP-150-nə əminliklə daxil olan universal bankdır. Hal-hazırda bank şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda ofislərdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

 

    Gün.Az