“Meqa Sığorta” şirkəti Bakıda Yeni il günü qəzaya düşən “Toyota Camry” sürücüsünə sığorta ödənişi edib.
Sığorta şirkətindən AzərTAc-a bildiriblər ki, qəza yanvarın 1-də Xan Şuşinski küçəsində baş verib.
“Vaz 21214” markalı avtomobilihərəkətdə olarkən üstünlük tələbini pozaraq “Toyota Camry” markalı avtomobili vurub. Nəticədə “Toyota Camry”yə 11 min manat ziyan dəyib. Dəyən zərər “Vaz 21214” markalı avtomobilin icbari sığortaçısı olan “Meqa sığorta” şirkəti tərəfindən ödənilib.
Lakin söhbət icbari sığortadan getdiyinə görə, 5 min manatlıq limit nəzərə alınaraq “Toyota Camry” avtomobilinə dəyən zərər müqabilində yanvarın 19-da zərərçəkən avtomobilin sahibinə 5 min manat sığorta ödənişi edib.
azertag.az