5 başlıqda ötən həftənin gündəm xəbərləri | Banco.az

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökumətinin bağlanması ötən həftə qlobal bazarlarda əsas diqqət mərkəzində olub.

Banco.az ötən həftənin əsas gündəm xəbərlərini təqdim edir.

  1. Sentyabrda Türkiyədə inflyasiya proqnozları üstələyib
    Türkiyə Statistika Qurumunun məlumatlarına görə, sentyabr ayında inflyasiya proqnozlardan yüksək olub. Məlumatlara əsasən aylıq inflyasiya 3,23 faiz təşkil edib. Bu göstəriciyə dair gözlənti isə 2,50 faiz səviyyəsində idi.

  2. “Goldman Sachs”dan qızıl üçün yeni yüksəliş siqnalı
    “Goldman Sachs” xüsusi investorların marağını əsas gətirərək, qiymətli metalın öz proqnozlarından belə daha yüksək səviyyələrə qalxa biləcəyini bildirib.

  3. Tramp Kuku hələlik vəzifədən uzaqlaşdıra bilməyəcək
    ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın, ABŞ Mərkəzi Bankının (Fed) İdarə Heyətinin üzvü Liza Kukun işdən çıxarılması tələbi ilə bağlı yanvar ayında keçiriləcək dinləməyə qədər onun vəzifədə qalmasına icazə verib.

  4. ABŞ-da federal hökumət büdcə anlaşmazlığı səbəbindən bağlanıb
    ABŞ-da federal hökumət yeni maliyyə ili başlamazdan əvvəl Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbilə bağlanıb. Demokratlarla büdcə məsələsində razılığa gəlinə bilmədiyi üçün federal hökumət təxminən 7 ildən sonra ilk dəfə bağlanır.

  5. Trampdan yeni tarif addımı

        Tramp idxal olunan taxta materiallara 10 faiz, üzlüklü ağac məhsulları və dolablara isə 25 faiz tarif tətbiq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram