30 milyard dollarlıq Bitcoin itdi - ŞOK MƏQAMLAR | Banco.az

30 milyard dollarlıq Bitcoin itdi - ŞOK MƏQAMLAR

Bildiyimiz kimi ümumi istehsal olunacaq Bitcoin sayı 21 milyondur. Ancaq 9 ildir fəaliyyət göstərən Bitcoin üçün vəziyyət fərqli hal ala bilər.

7500 Bitcoin-in olduğu kompüteri zibilliyə atan Hovelsin hekayəsi olduqca məşhurdur. Hazırda həmin Bitcoin-lərin dəyəri 64.8 milyon dollardır. Bitcoin-lərin 81%-dən çoxu istehsal olunub. Ancaq itən, yox olan Bitcoin sayını nəzərə aldıqda, onların sayı daha azdır.

Ümumi Bitcoin sayının 20%-i keçən 9 ildə itib. Bitcoin-ləri nəzarətini itirdiyiniz bir cüzdana göndərmək onları itirmək anlamına gəlir.

Bitcoin-lərin itməsinin əsas səbəbi səhv saxlama şəraitidir

“Coinmarketcap”-ın məlumatına görə, hazırda tirajda 17 milyon Bitcoin var. İndiyədək 2,8-3,8 milyon Bitcoin itib. Bu isə 25.2 milyard dolların yox olması deməkdir.

Bitcoin-lərinizi təhlükəsiz saxlayın

Bitcoin və digər kriptovalyutalar ənənəvi pullar kimi dəyər saxlama funksiyası daşıyır. Buna görə də qızıl və ya ənənəvi valyutaları eyni ciddiyyətlə saxlamalıyıq. Bitcoin fiziki bir quruluşa malik olmasa da, oflayn saxlamaq üçün əlverişlidir.

Bitcoin yalnız öz blok zəncirində mövcud ola bilir. Bir ünvandan digərinə asanlıqla köçürülür. Yəni xüsusi açarda saxlamaq onları şəbəkə xaricinə çıxarmaq anlamına gəlmir.

Təchizat cüzdanları kriptovalyutanızı saxlamaq üçün ən unikal seçimdir. “Paper wallet” adlandırılan kağız cüzdandan istifadə etmək bəziləri üçün etibarlı sayılsa da, xüsusi təhlükəsi var. Lakin rəqəmsal cüzdanlar kimi kiberhücum təhlükəsi yaşamır. Əgər kompüterinizdə mənfi məqsədli proqramlar varsa, xüsusi açarınızı flash diskdə saxlasanız, onu kompüterə qoşduqda təhlükəylə üz-üzə qalırsınız. Təchizat cüzdanları xüsusi qoruma sayəsində bu problemi həll edir.

Təchizat cüzdanları kağız cüzdanlarla müqayisədə texnoloji cəhətdən yeniliyə və istifadə baxımından rahatlığa malikdir. Kağız cüzdandakı vəsaitinizi birjalara köçürmək istəsəniz, xüsusi açarınızdakı elementləri kompüterinizə əllə daxil etməlisiniz.

Kriptovalyutalarınızı etibarlı şəkildə saxlayın ki, bir neçə il sonra onları zibillikdə axtarmayasınız. “Ledger” və ya “Trezor” kimi təchizat cüzdanlarından birini istifadə etsəniz, cihazı itirsəniz belə, açarınızı digər təchizat cüzdanına girərək kriptovalyutalarınıza qovuşa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et