Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 15 milyard 59 milyon 992 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 845 milyon 225 min ABŞ dolları (5,9%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 2 milyard 318 milyon 317 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 10 ayına nisbətdə 9 milyon 545 min dollar və ya 0,4% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 14,2 milyard ABŞ dolları, idxalının dəyəri isə 2,3 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram