Müəllif:Ayşən İmanova/Banco.az
Gələn ilin sonunadək dünyada 85 milyon elektrikli nəqliyyat vasitəsinin (EV) - avtomobillər, avtobuslar, mikroavtobuslar və ağır yük maşınlarının istifadədə olacağı gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə “Gartner” tədqiqat şirkəti proqnoz verib.
Analitiklər hesab edir ki, bu ilin sonuna qədər dünyada təxminən 64 milyon elektrik avtomobili olacaq. Bu rəqəmə 45,87 milyon akkumulyatorlu elektrik avtomobili (BEV) və 18,16 milyon hibrid daxildir.
Qeyd olunub ki, elektrikli avtomobil bazarının son aylarda üzləşdiyi bir sıra çətinliklərə baxmayaraq, 2025-ci ildə 33% artım proqnozlaşdırılır.
Gələn il Çin yollarında elektriklə işləyən avtomobillərin sayı 58%, Avropada isə 24% artacaq. Bu iki bazar dünyada istifadə edilən bütün elektrik avtomobillərinin 82%-ni təşkil edəcək.