2024-cü ildə rublu nə gözləyir? | Banco.az

2024-cü ildə rublu nə gözləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin birinci yarısında Rusiya Bankı tərəfindən gündəlik valyuta satışının həcmi gündə 11,8 milyard rubl təşkil edə bilər.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən  Alfa-Forex-in satış və müştəri dəstəyi departamentinin rəhbəri Aleksandr Şnayderman bildirib ki, gündəlik 11,8 milyard rubl satış məbləği neft və qaz gəlirlərinin həcmindən asılı olaraq tənzimlənəcək:

“Çox güman ki, bu tədbir yanvarda bayramdan dərhal sonra rublu dəstəkləyəcək. Biz hesab edirik ki, Rusiya valyutası öz mövqeyini əhəmiyyətli dərəcədə düzəldə bilər. Rubl 2024-cü il yanvarın 9-dan sonra bir dollar üçün 84-87 rubl diapazonuna doğru hərəkət edə bilər. Avronun məzənnəsi də aşağıya doğru hərəkət edəcək, təxminən bir avro üçün 94-97 rubl dəhlizində olacaq”.

B&C Agency rabitə agentliyinin idarəedici partnyoru İvan Samoilenko isə  hesab edir ki, Rusiya Mərkəzi Bankı valyuta satmaq və ya almaq qərarına gələndə həmişə daxili Rusiya bazarının vəziyyətini rəhbər tutur:

“Yanvar ayında Mərkəzi Bankın valyuta satışı rublun məzənnəsinin möhkəmlənməsinə kömək edəcək. Amma dolların 90 rubldan aşağı düşəcəyini gözləməyə dəyməz. Çox güman ki, bu əməliyyatlar bir müddət valyutanı bir dollar üçün təxminən 95-97 rubl səviyyəsində sabitləşdirəcək. Tənzimləyicinin bu tədbirləri birja ticarəti başlayandan sonra milli valyutanın kəskin zəifləməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdən sayılır.”

Rusiya Mərkəzi Bankı gündəlik təxminən 0,7 milyard rubl satır. Ekspertlərin qənaətinə görə, artım kifayət qədər əhəmiyyətli olacaq. Lakin nəzərə alınmalıdır Rusiya Mərkəzi Bankı büdcə qaydası çərçivəsində valyuta satacaq, ona görə də rublun kəskin möhkəmlənməsini gözləməyə dəyməz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram