Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 164 milyon 408 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 32 milyon 273 min dollar və ya 24,4% artıb.
2023-cü ildə ölkəyə 132 milyon 135 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, 2024-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!