Bunu Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.
O qeyd edib ki, "Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək".
Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir.
Report.az