"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan əldə olunan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır"
2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: "Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".