2015-ci ildə əmək haqqının qlobal artım tempi son dörd ildə ən aşağı səviyyədə olub | Banco.az

2015-ci ildə əmək haqqının qlobal artım tempi son dörd ildə ən aşağı səviyyədə olub

2015-ci ildə əmək haqqının qlobal artım tempi son dörd ildə ən aşağı səviyyədə olub.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) illik hesabatında bildirilir.

"2016-2017-ci illərdə dünyada əmək haqqı" adlı sənədə əsasən, əmək haqqı səviyyəsi 2008-2009-cu illərdə əhəmiyyətli dərəcədə aşağı düşdükdən sonra tədricən artmağa başlayıb, lakin 2012-ci ildə yenidən düşməyə başlayıb və 2015-ci ildə 2,5%-dən 1,7%-ə enib. Analitiklər bildirirlər ki, ən sürətli əmək haqqı artımı Çində qeydə alınıb və bunsuz dünya göstəricisi daha aşağı - 0,9% səviyyəsində ola bilərdi.

BƏT-in məlumatına görə, ötən il Şərqi Avropada əmək haqqı səviyyəsi 5,2% aşağı düşüb və bu, əsasən Ukrayna və Rusiyada əmək haqqı səviyyəsinin aşağı düşməsi səbəbindən baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat müəllifləri yazırlar ki, 2012-ci ildən 2015-ci ilədək dünyada real əmək haqqı səviyyəsi G20-nin inkişaf etmiş ölkələrində qeydə alınıb. Bu ölkələrdə dörd il ərzində əmək haqları 0,2%-dən 1,7%-dək artaraq son 10 ildə ən yüksək göstərici olub.

Qeyd olunur ki, ən çox ABŞ-da işləyənlərin əmək haqlarında artım müşahidə olunub - 2,2%, Avropa İttifaqı ölkələrində isə artım 1,9%-ə çatıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et