2014-cü il üzrə dünyanın ən yaxşı 10 bankı | Banco.az

2014-cü il üzrə dünyanın ən yaxşı 10 bankı

İnsanlar, adətən, pullarını təhlükəsiz şəraitdə saxlamaq üçün onları banklara etibar edirlər. Banklar bizə müəyyən məbləğdə vəsaiti ölkəyə gətirməyə və ya ölkə hüdudlarından kənara aparmağa imkan verir. Son zamanlar bankların funksiyaları sırasına daha geniş xidmət spektrinin təqdim edilməsi də daxil edilib. Banklar müasir dövrdə də hər bir ölkənin iqtisadiyyatında önəmli rol oynamaqda davam edirlər. Banklar ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasında və çətin iqtisadi vəziyyətlərdən çıxış yolu tapmaqda böyük əhəmiyyət kəsb edirlər. Banco.az portalı olaraq, sizə 2014-cü il üzrə ən yaxşı bankların onluğunu təqdim edirik:

10. Imperial Bank of Commerce (İmperiya Ticarət Bankı)

İmperiya Ticarət Bankı Kanadanın nüfüzlu və ən məşhur banklarından biridir. Uzun illərdir ki, sözügedən bank milyardlarla müştərisini çoxsaylı xidmətlərlə təmin edir. Bank, əməliyyatların sadə və rahat şəkildə həyata keçirilməsini təmin etdiyi üçün insanlar arasında xüsusi populyarlıq qazanıb. 2014-cü ildə qeydə alınan rəqəmlərə görə, İmperial Kommersiya Bankının qeyri-işlək aktivlərinin həcmi təqribən 0.3% təşkil edib. 

9. Nova Scotia Bank Canada (Kanadanın Nova Skotiya Bankı)

Kanadada fəaliyyət göstərən bu bank da tanınmış və nüfuzlu banklar sırasına daxildir. Bank öz müştərilərinə ipoteka kreditləri, avtomobil kreditləri, əmanət hesabları üzrə yüksək dərəcələr təklif edir. Bankın qeyri-işlək aktivləri təxminən 0.16% təşkil edir.

8. OP Pohjola Bank (İP Pohjola Bank)

Finlandiyada fəaliyyət göstərən bu bank bütün səylərini ölkənin iqtisadi imkanlarını genişləndirmək məqsədilə səfərbər edib. Qeyri-işlək aktivləri təxminən 0.6% təşkil edir. Müştəriləri arasında böyük nüfuza malik olduğuna görə bir çox analitiklər onu dünyanın ən yaxşı banklarından biri hesab edirlər. 

7. BOC Holdings Bank Hong Kong (VOS Şirkətlər Qrupu Honkonq Bankı)

Bankın əsası Honkonqda qoyulub. Qeyri-işlək aktivlərinin 0.20%-ə çatdığı bildirilir. Sözügedən bank öz müştərilərinə onlayn bankinq xidmətləri, eləcə də pul köçürmə xidmətləri təklif edir.

6. JPMorgan Chase USA (JPMorgan Chase ABŞ)

Bu bankın müştəriləri bank tərəfindən onlara təqdim olunan xidmətlərdən son dərəcə məmnundurlar. "JPMorgan Chase" bankı ABŞ-da yerləşir. Müştəri mənmuniyyətinin təmin edilməsi məqsədilə bankda intizamlı idarəetmə sistemi yaradılmışdır. Bankın adı hal-hazırda haqlı olaraq, dünyanın ən güclü bankları sırasında çəkilir. Əslində isə bankın fəaliyyətində qeyri-adi bir prinsip tətbiq olunmur. Bankın uğur əldə etməsinin sirri idarəetmə sistemindəki nizam-intizam və sadəlikdir.

Ən sərfəli kredit üçün müraciət et

5. Bayerische Landesbank Germany (Bayerische Landesbank Almaniya)

Bu bankın fəaliyyəti ölkə iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə mühüm təsir göstərir. Bugünə qədər həyata keçirdiyi etibarlı bank siyasəti nəticəsində sözügedən bank dünyanın ən yaxşı bankları sırasına adını yazdıra bilib. Qeydə alınan son nəticələrə görə, bankın qeyri-işlək aktivlərinin həcmi 0.17% təşkil edir.

4. Qatar National Bank (Qətər Milli Bankı)

BƏƏ və Qətər kimi ölkələr dünya bank sənayesində ən güclü fəaliyyət nümayiş etdirən ərazilərdən hesab olunur. Əgər siz etibarlı bank axtarışındasınızsa, o zaman Qətər Milli Bankı - sizin ən doğru seçiminiz ola bilər. Müştərilərinə çeşidli xidmətlər təklif edən bankın qeyri-işlək aktivlərinin həcmi 0.11% təşkil edir.

3. Royal Bank of Scotland (Şotlandiya "Royal Bankı")

Bank Şotlandiyada yerləşir. Bu bankda əmanət hesabı açan müştərilər ümumi əmanətin həcmindən asılı olaraq, aylıq və ya illik faiz qazanmaq imkanı əldə edirlər. Bankın qeyri-işlək aktivlərinin ümumi həcmi 0.17% təşkil edir.

2. Credit Suisse Bank of Switzerland (İsveçrənin "Kredit Suisse" Bankı )

İsveçrə bankları hər zaman möhtəşəm və müştərilər üçün əlverişli hesab olunan imkanları ilə diqqəti cəlb edir. Buna səbəb İsveçrədə bank sənayesinin bütün dünya üzrə ən güclü və ən etibarlı sənaye sahələrindən biri hesab olunmasıdır. Bank həm yerli, həm də xarici investorlara öz əmanətlərini burada saxlamaq imkanı yaradır. Banka məxsus qeyri-işlək aktivlərin həcmi 0.23% təşkil edir.

1. Deutsche Bank Germany (Almaniya bankı "Deutsche Bank")

Bankın qeyri-işlək aktivlərinin həcmi 0.19%-ə bərabərdir. Almaniyanın "Deutsche Bank" bankı öz müştərilərinə valyuta mübadiləsi və onlayn bankinq xidmətləri ilə yanaşı, həmçinin digər  müxtəlif çeşidli xidmətlər də təklif edir. Almaniyanın demək olar ki, bütün şəhərlərində banka məxsus filiallar fəaliyyət göstərir. Bankda hər gün minlərlə müştəri üçün yeni hesablar açılır.

Sevinc İbadova/Banco.az

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et