Bugün “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilir.
Banco.az xəbər verir ki, keçirilən mətbuat konfransında Azərbaycan Kredit Bürosu MMC-nin baş direktoru Elçin Həbibov, Kredit bürosunun borcalanın risk öhdəliyini müəyyən etdiyini vurğulayıb. Həmçinin sədr qeyd edib ki, bu kredit götürməni asanlaşdıracaq və tezləşdirəcək.
Elçin Həbibov "110-dan çox ölkədə kredit bürosu var və Azərbaycan da bu işin öhdəsindən gələcək" deyə əlavə edib.
Təsisçilərin qərarı ilə Azərbaycan Kredit Bürosunun direktoru Elçin Həbibov seçilib.
Kapitalı 2 milyon manat olan kredit bürosu, kommersiya hüquqi şəxsdir.