10 yaşında şirkət rəhbəri oldu | Banco.az

10 yaşında şirkət rəhbəri oldu

ABŞ-da yaşayan 10 yaşlı uşaq qazandığı uğurla hamını təəccübləndirib

Məlumata görə, Nyu-Cersidə yaşayan 10 yaşlı Kori Neves 5 il əvvəl anasının köməyi ilə öz şirkətini qurub. O, 2009-cu ildə – hələ 5 yaşında ikən anasının yanında işləməyə başlayır və “Mc Corys Cookies” adlı qurabiyə şirkətini qurur.

Ailəsinin ona göstərdiyi kömək nəticəsində işlərini sürətlə böyüdən balaca oğlan öz şirkətinin icraçı direktoru (CEO) olur. 

Ən sərfəli kredit üçün müraciət et

Az yaşında əldə etdiyi uğurla şöhrət qazanan Kori bir sıra məşhur televiziya proqramlarına da qonaq çağırılır. O, gələcəkdə işlərini daha da böyütmək, fəaliyyətini genişləndirmək fikrindədir. 

Məktəbə avtobusla gedib-gəlməkdən bezən balaca biznesmen artıq özünə avtomobil də alıb.

Anspress