“Worldcard-dan hər gün 2015 manat” kampaniyasının ilkin qalibləri müəyyən olundu. | Banco.az

“Worldcard-dan hər gün 2015 manat” kampaniyasının ilkin qalibləri müəyyən olundu.

Yapı Kredi Bank Azərbaycanın 1-31 dekabr tarixlərində keçirdiyi “Hər gün 2015 manat ” kampaniyasının ilkin qalibləri müəyyən olundu.

16 dekabr tarixində keçirilən lotereya çəkilişində 1-15 dekabr tarixləri arasında Worldcard-la 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri iştirak etdi və 15 nəfər nə az, nə çox tam 2015 MANAT bal qazandılar.

Qaliblərin siyahısını sizinlə paylaşırıq: Turan Məmmədova, Gülüstan Almazova, Əsmər İbrahimova, Kamran Məmmədov, Ülkər Mehdiyeva, Fuad Babayev, Qasım Allahverdiyev, Namik Abbasov, Cavid Yaqubov, Bayram Babayev, Azər Əliyev, Gülşən Əsədova, Namiq Şalıyev, Tamilla Baqiyeva, Əsmər Məmmədova.

Qalib olan Worldcard sahiblərini təbrik edir və onlar üçün 2015ci ilin uğurlu olmasını diləyirik.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən 1-31 dekabr tarixləri arasında 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri hər gün 2015 manat qazanma şansı əldə edirlər və toplam olaraq kampaniya çərçivəsində 31 nəfər qalib olacaq. Nəzərinizə çatdıraq ki, eyni gündə fərqli World Üzv Ticarət Obyektlərində edilən birdəfəlik 50 AZN və üzəri hər alış-veriş bir şans, hissə-hissə 50 AZN və üzəri hər alış-veriş iki şansdır. Kampaniya davam etməkdədir, növbəti lotoreya çəkilişi 8 yanvar tarixində keçiriləcək və növbəti 16 qalib müəyyən olunacaq. Odur ki, sizləri kampaniyada iştirak edərək qalib olma şansını əldə etməyə dəvət edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et